"Qəbələ"də 3 ciddi itki var

05.05.2015 | 3414 dəfə oxunub

Azərbaycan  Premyer Liqasının 33-cü turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına başlayıb. Stadium.az klubun saytına istinadən xəbər verir ki, “Qarabağ”la mayın 2-də evdə keçirilən 32-ci turun oyunundan (1:1) sonra iki gün istirahətə buraxılan “qırmızı-qaralar” bu gün çalışmalarını bərpa edib. Əvvəl fiziki hazırlıq keçən komanda ardınca toplu çalışamlara üstünlük verib.

Komandanın hazırlıqlarına 3 futbolçu qatılmayıb. Fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanovla yanaşı, boğazında ağrılar olan Cavid Hüseynov da məşqə qatılmayıblar. Onlar “Sumqayıt”la oyunda da komandaya kömək edə bilməyəcək.

Roman Qriqorçukun futbolçuları sabah Qəbələ şəhər stadionunda məşq keçəcək. Mayın 7-də komanda Bakıda bir araya gələcək.

"Sumqayıt" - "Qəbələ" matçı mayın 8-i saat 18:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail