"Neftçi"ni köçürürlər - XALQ KOMANDASI DİDƏRGİN OLUB

06.05.2015 | 3809 dəfə oxunub

Neftçi" klubunun Bakı şəhəri, Nobel prospektində yerləşən bazası köçürüləcək. Stadium.az xəbər verir ki,  bu barədə klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səbəb bazanın yerləşdiyi ərazinin plana düşməsidir:

 "Burada "Ağ Şəhər" salınır. Gec-tez biz bu ərazini "Ağ Şəhər"ə verməliyik. 2-3 ilə buradan köçməliyik. Ona görə də yaxşı şəraiti olan bir yerə köçməliyik ki, həm oynayaq, həm də məşq edək".

Ç.Abdullayev bildirib ki, "Neftçi"nin bazasından fərqli olaraq, AFFA-nın mənzil-qərargahı plana düşməyib: "AFFA bir binadır. Amma bizim bazada ərazi çoxdur. Burada evlər tikilməlidir. Bu günə mənim məlumatım var ki, AFFA qalır, amma "Neftçi" gec-tez buradan köçməlidir".

Müşahidə Şurasının sədri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məskunlaşmaq istədiklərini bildirib. O, ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək niyyətlərində olduqlarını da bəyan edib: "Əsas bazanı biz "İsmət Qayıbov"da tikirik. Gələn kimi dedim ki, Bakı Olimpiya Stadionunu SOCAR tikir və bəlkə oranı bizə verərlər. Çünki Azərbaycanın ən gözəl, ən tanınmış klubu "Neftçi"dir. Rövnəq müəllim dedi ki, "Bakcell Arena"nı doldurun, sonra baxarıq. Düz deyir, çünki 11 minlik tribunanı doldura bilmirik. Amma kubokun finalında çox adam gəlir. İstərdik ki, "İsmət Qayıbov"a köçək. Hazırda bizdə bazada vəziyyət ağırdır. Bu səbəbdən buranı köçürmək istəyirik. Fikirləşirik, necə edək və hara köçək ki, baza və stadion bir yerdə olsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail