Prezident imzaladı - ONLAR İDMAN YARIŞLARINA BURAXILMAYACAQ

06.05.2015 | 3483 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 40.5-ci maddəsi ləğv edilib.

Aşağıdakı məzmunda 40-1-ci maddə əlavə edilib:

“Maddə 40-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi

40-1.1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısının alınması, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi və ictimai asayiş bu Qanuna və “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.

40-1.2. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədi ilə aşağıdakı şəxslərin və əşyaların buraxılmasına yol verilmir:

40-1.2.1. idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər;

40-1.2.2. sifətini maska ilə gizlədən şəxslər;

40-1.2.3. şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər;

40-1.2.4. bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə törədə, fiziki və hüquqi şəxslərə maddi ziyan vura, kütləvi idman tədbirlərinin keçirilməsinə maneələr yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələr;

40-1.2.5. məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş, eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa vasitələr;

40-1.2.6. sərxoşluq vəziyyətində olan, habelə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər;

40-1.2.7. kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik törədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup şəklində ifrat azarkeşlik edən şəxslər.

40-1.3. Vətəndaşların şəxsi baxışını və onların üzərindəki əşyaların yoxlanılmasını ictimai asayişi təmin edən şəxslər xüsusi texniki vasitələrlə həyata keçirirlər. Şəxsi baxış yalnız həmin şəxslə eyni cinsdən olan şəxslər tərəfindən həyata keçirilir.

40-1.4. Kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə aşağıdakılar qadağandır:

40-1.4.1. açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək, narkotik vasitələrdən, psixotrop maddələrdən, onların analoqlarından, habelə toksik təsir edən maddələrdən istifadə etmək;

40-1.4.2. sifəti maska altında gizlətmək;

40-1.4.3. plakatlardan və digər vasitələrdən istifadə etməklə, eləcə də çıxışları və fəaliyyətləri ilə zorakılığı, dini, milli, irqi ayrı-seçkiliyi və müharibəni təbliğ etmək;

40-1.4.4. kütləvi idman tədbirlərinin keçirilməsi zamanı xidməti vəzifələrini yerinə yetirən şəxslərə, tədbir iştirakçılarına və tamaşaçılara hər hansı formada mane olmaq, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin həyata keçirilməsinə imkan verməmək;

40-1.4.5. kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi qaydalarını başqa fəaliyyətlərlə pozmaq, bu işə digər şəxsləri cəlb etmək.

40-1.5. Bu Qanunun 40-1.2-ci və 40-1.4-cü maddələrinin tələblərini pozan şəxslər idman obyektlərinin ərazilərindən, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdən giriş biletlərinin dəyəri ödənilmədən kənarlaşdırılır, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.”.

Bundan başqa, 52.10-cu maddədə “giriş tariflərini” sözlərindən sonra “idman tədbirinin təşkilatçıları ilə birlikdə” sözləri əlavə edilsin və maddəyə aşağıdakı məzmunda yeni cümlələr əlavə edilir:

“Olimpiya, paralimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir. İdman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail