"Bu futbolçu topsuz olanda belə müdafiəçilər üçün təhlükəlidir"

08.09.2011 | 4712 dəfə oxunub

“Azərbaycan milli komandası doğma meydançada Qazaxıstanı məğlub etməklə azarkeşlərə sevinc bəxş etdi. Milli komandanın 20 dəqiqəyə üç qol vurması əla nəticədir. Qələbəyə ümidim olsa da, komandamızın belə gözəl oyun nümayiş etdirməsinə inanmırdım”. Stadium.az xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” klubunun və milli komandanın müdafiəçisi Maksim Medvedev deyib.
O, Azərbaycan futbolçuları arasında ən yaxın dostu Vaqif Cavadovun çıxışını xüsusi vurğulayıb. Maksim vaxtilə bir yerdə “Qarabağ”ın uğurları üçün çalışdığı hücumçunun oyununu yüksək dəyərləndirib: “Vaqif Cavadova görə çox sevindim. Dostum uzun müddətdən sonra əla təsir bağışladı. Artıq Rusiyaya yola düşmüş futbolçu ilə oyundan dərhal sonra görüşüb çay içdik. Qələbə münasibəti ilə onu təbrik etdim. Ona növbəti oyunlarda da uğurlar arzuladım. Vaqif dünən “Qarabağ”da olduğu kimi, parlaq çıxış etdi. O yenə sol cinahı çətin vəziyyətdə saxlamağı bacarırdı. Ümumiyyətlə, bu futbolçu topsuz olanda belə müdafiəçilər üçün təhlükəlidir. Daim hərəkət edən Vaqif gözlənilməz bir epizodda topu ələ keçirib təhlükə yaratmağı bacarır. Dünən qapıya doğru vurduğu 3 zərbə və 1 qol onun əvvəlki günlərinə qayıtmasına işarədir”.
Medvedev Berti Foqts gəldikdən sonra milli komandanın əsas futbolçularından biri sayılsa da, zədə səbəbindən son 3 görüşdə iştirak etməyib. 23 yaşlı futbolçu milliyə tezliklə qayıtmaq niyyətində olduğunu bildirib: “Artıq zədədən əsər-əlamət qalmayıb. Verilən tapşırıqları 100 faiz yerinə yetirmək iqtidarındayam. Yenidən milli komandaya qayıtmaq üçün çalışıram. Əgər baş məşqçi şans versə, yenə də əsas komandamız üçün əlimdən gələni edəcəyəm”.
Maksim “Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində “Brügge” ilə səfər oyunundan sonra hələ də 90 dəqiqə meydançada olmayıb. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail