"Neftçi"nin Müşahidə Şurası qəbul olunan qərarları açıqladı - FOTOLAR

09.05.2015 | 4048 dəfə oxunub

Dünən "Neftçi"nin təlim-məşq bazasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, görüşdə şura üzvlərinə ilk iclasda qəbul olunmuş qərarların icrasına dair hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:


1. "Neftçi" PFK-nın yeni strukturu və iş sisteminə uyğun olaraq hazırlanmış ştat cədvəli Müşahidə Şurası tərəfindən təsdiq olunub.

2. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında keçirilmiş sorğunun nəticələri Müşahidə Şurasına təqdim olunub. Sorğuya əsasən hazırki loqotipin saxlanmasının leyhinə fikir bildirən azarkeşlərin rəy çoxluğu nəzərə alınaraq  hazırki loqotipin saxlanmasına qərar verilib.

3. İclasda şura üzvlərinə yeni yaradılacaq "Neftçi" PFK-nın muzeyinin layihəsi təqdim edilib və layihəyə əsasən muzeyin "Bakcell Arena"da təsis edilməsinə qərar verilib.

4. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı AFFA ilə əməkdaşlıq məsələsi müzakirə olunub. İlkin olaraq əldə edilmiş razılığa əsasən əlavə xərclərin aradan qaldırılması məqsədi ilə "Neftçi" PFK-nın məhsullarının milli komandaların rəsmi "Fan shop" məntəqələrində satışa çıxarılması səmərəli hesab edilib.

5. İclasda Azərbaycan Kubokunun final oyunu-"Qarabağ" FK - "Neftçi" PFK matçına hazırlıq məsələləri müzakirə edilib.

6. İclasda “Neftçi” PFK-nın əsas komandası yeni mövsümə hazırlıq məsələsi müzakirə olunub. Təqdim olunmuş təqvim planına əsasən komandanın yay təlim-məşq prosesinin 17-28 iyun tarixləri aralığında Avstriyada təşkil olunması və toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi" UEFA Avropa Liqasının iyunun 22-də baş tutacaq püşkatmasının nəticəsindən asılı olaraq Bakıya, yaxud rəqib klubun təmsil olunduğu ölkəyə səfər edəcək.

7. İclasda klubun  inkişaf strategiyasının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.

8. İclasda klubun transfer siyasəti, seleksiya prosesi, eləcə də gündəlikdə olan cari məsələlər müzakirə edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail