"Zirə" və "Kəpəz" Premyer Liqada, "Bakı" aşağı dəstəyə göndərilir

09.05.2015 | 3830 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda 2015-2016-cı il mövsümündə UEFA-nın klub və “Premyer Liqa”  yarışlarında iştirak etmək üçün müraciət etmiş 16 klubun (AZAL PFK, “Bakı” FK,  “Xəzər Lənkəran” FK, “İnter” PİK, “Kəpəz” PFK, “Qarabağ” FK, “Qaradağ-Lökbatan” FK, “Qəbələ” İK, “Neftçala” FK, “Neftçi” PFK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK, “Şuşa-Qarabağ” FK, “Turan Tovuz” İK, “Zirə” PFK ) sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə (Buraxılış 2014) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Xəzər Lənkəran" FK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Simurq” PİK.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə (Buraxılış 2014) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. Azərbaycan futbol “Premyer Liqa” yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Kəpəz" PFK,  “Simurq” PİK, “Sumqayıt” FK, "Zirə" PFK.
 
2. Azərbaycan futbol “Premyer Liqa” yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Bakı” FK, “Qaradağ-Lökbatan” FK,  “Neftçala” FK,  “Rəvan” FK, “Şuşa Qarabağ” FK, “Turan Tovuz” İK.
 
1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 13-cü maddəsinə müvafiq olaraq, 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan “Premyer Liqa” yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
 
2. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail