"Bakı" çempion oldu

10.05.2015 | 11269 dəfə oxunub

“Atena U-12 liqası”na bu gün yekun vurulub. Stadium.Az xəbər verir ki, “Bayıl Arena”da baş tutan həlledici oyunda “Bakı” və “Qəbələ” klubları üz-üzə gəliblər. Görüş “Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu ilk yarıda vurduğu 2 qolla çempion adını qazanıb. Üçüncü yeri isə “Neftçi” tutub.

Final görüşü başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Medallar təqdim olunmamışdan öncə mövsümün ən yaxşılarının adları açıqlanıb.

“Atena U-12 liqası”nın ən yaxşı oyunçusu “Bakı”nın üzvü Nihat Cəfərov seçilib. Çempionatın bombardiri 39 qolla “Xəzər Lənkəran”dan Musa Musazadə olub. Fair-play üzrə isə “Qəbələ”nin qapıçısı Elmur Bayramov mükafatlandırılıb. Bundan sonra ilk 3 yeri tutan komandalara medallar, “Bakı” isə həm də çempionluq kuboku təqdim edilib.

Qalibləri AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın texniki direktoru Bernhard Lippert mükafatlandırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail