"Xəzər Lənkəran" - AZAL: 32-ci duelin astanasında - STATİSTİKA

11.05.2015 | 3002 dəfə oxunub

“Xəzər Lənkəran” Premyer Liqanın XXXVI turu çərçivəsində mayın 16-da doğma meydanda AZAL klubu ilə qarşılaşacaq.

Stadium.Az xəbər verir ki, ağ-yaşıllar təyyarəçilərlə 32-ci dəfə üz-üzə gələcəklər. İndiyə qədər keçirilən 31-oyunda komandamız paytaxt təmsilçisinə 15-dəfə qalib gəlib və yalnız  6-oyunda məğlub olub. Qalan 10-oyunda isə qalib müəyyənləşməyib.

Cütlüyün qarşıdurmalarında ümumi top fərqinə görə də “Ağ-yaşıl”ların təqribən ikiqat üstünlüyü var. 

 

“Xəzər Lənkəran” –  AZAL   40:25

*************

Kubok oyunları.

Komandamız paytaxt təmsilçisi ilə  4-kubok oyununda qarşılaşıb. 2007/08 mövsümündə kubokun  ¼ final mərhələsində “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə məğlub olsa da “Fırtınalar meydanı”nda bunun əvəzini iki topla çıxaraq yarımfinala adlaya bilib. Növbəti dəfə komandalar  kubok yarışmasının 2009/10 mövsümündə  finala vəsiqə qazanmaq üçün yarım final mərhələsində üz-üzə gəliblər. Paytaxtda baş tutan oyunda qeydə alınan 1:1-lik heç-heçədən sonra Lənkərandakı matçda “Ağ-yaşıl”lar 2:1-hesabı ilə qalib gələrək finala gedən yolda sonuncu səddi aşa biliblər. Kubok oyunlarında cütlüyün top fərqi belədir: 

“Xəzər Lənkəran” –  AZAL 5:3.

**************

“15-minlik stadion, 14999+SƏN”

Qeyd edək ki, “Fırtınalar meydanı”nın tribunalarına 15.000-azarkeşin toplanması ilk dəfə AFFA-nın rəsmi protokoluna (o vaxtlar hələ PFL yox idi)  2007/08 mövsümündə ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində 2008-ci il martın 20-də keçirilən məhz “Xəzər Lənkəran” – AZAL (o vaxtlar “Olimpik”adlanırdı) oyununda qeyd olunmuşdu. Onu da əlavə edək ki, həmin qarşılaşmanın afişalarını “12-ci oyunçu” öz hesabına hazırlamış, bütün Lənkərana yayaraq stadionun tribunalarını tam doldura bilmişdi. “12-ci oyunçu” MFK özünə məxsus olan  “15-minlik stadion, 14999+SƏN” layihəsini də ilk dəfə elə  həmin oyunda uğurla həyata keçirə bilmişdi. Beləliklə, cütlüyün statistikasına bunu da əlavə etmək olar ki, tribunalarda 15.000-azarkeşin toplanması ilk dəfə məhz bu komandaların 20.03.2008 tarixində baş tutan oyununda rəsmi protokolda qeyd olunmuşdur və 15.000-lik azarkeş davamiyyətinin ilk rəsmi təsdiqinə də məhz “12-ci oyunçu”nun səyləri ilə nail olunmuşdur .

Çempionat oyunları.

Mayın 16-da “Fırtınalar meydanı”nda keçiriləcək oyun “Xəzər Lənkəran”ın paytaxt klubu ilə qarşılaşacağı 28-ci çempionat matçı olacaq. İndiyə qədər baş tutan 27-çempionat oyununda komandamızın 13-qələbəsi vardır. Qalan 14-oyunun 5-də paytaxt klubu 3-xala sahib çıxıbsa daha 9-qarşılaşmada komandalar sülhlə ayrılıblar. “Xəzər Lənkəran” çempionat qarşılaşmalarında AZAL-ın qapısına 35-dəfə yol tapıbsa, öz qapısında cəmi 22-top görüb.

Böyük hesablar.

Yarandığı gündən bəri “Xəzər Lənkəran” komandası paytaxt klubunu 2-dəfə 3:0-lıq böyük hesabla məğlub edib. Hər iki darmadağın Mirça Rednikin baş məşqçiliyində qeydə alınıb.

 “Adı adlara qalıb”…

Onu da əlavə edək ki, bir neçə dəfə adını dəyişən AZAL, indiyə qədər “Olimpik” həmçinin “Olimpik Şüvəlan” adları ilə də çıxış edib.

 **************

Qəribə də olsa 1996-ci ildə yaradılan AZAL klubunun internet saytı 2014-cü ilin əvvələrində fəaliyyətə başlayıb.

**************

Aşağıda “Xəzər Lənkəran”ın AZAL klubu ilə keçirdiyi bütün oyunların statistikası təqdim olunur:

 

2005/06 mövsümü

  “Olimpik” – “Xəzər Lənkəran”   0:2

 “Xəzər Lənkəran” – “Olimpik”   1:0

 

 2006/07 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   1:2

  “Xəzər Lənkəran” – “Olimpik”   3:2

 

 2007/08 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:0

  “Xəzər Lənkəran” – “Olimpik”   0:0


Azərbaycan kuboku, ¼ final mərhələsi

  “Olimpik” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik”   2:0

 

2008/09 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:1

“Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 2009/10 mövsümü

  “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 Azərbaycan kuboku, yarımfinal

 “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:1

 “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 2010/11 mövsümü təsnifat mərhələsi

 AZAL – “Xəzər Lənkəran”  0:1

 “Xəzər Lənkəran” –AZAL  2 : 1

 

 2010/11 mövsümü final mərhələsi

AZAL – “Xəzər Lənkəran”  1 : 0

 “Xəzər Lənkəran” –AZAL  3 : 0

 

 2011/12 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0 : 3

 “Xəzər Lənkəran” –AZAL  1 : 0

 

 2012/13 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran” 0 : 2

 “Xəzər Lənkəran” – AZAL 1 : 2

 

2012/13 mövsümü final mərhələsi

“Xəzər Lənkəran” – AZAL 1 : 1

AZAL – “Xəzər Lənkəran” 2 : 0

 

2013/14 mövsümü I dövrə

 AZAL – “Xəzər Lənkəran” 1 : 3

 

2013/14 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL 1 : 1

 

 2013/14 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 2 : 2

 

2013/14 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

************

 2014/15 mövsümü I dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 1

 

 2014/15 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 3 : 1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail