PFL jurnalistləri Qəbələyə aparacaq, amma...

11.05.2015 | 3524 dəfə oxunub

İyunun 3-də Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Stadium.Az xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin iştirakı ilə Qəbələ şəhər stadionunda reallaşacaq oyun saat 20:00-da başlanacaq.

Həmin oyunu işıqlandırmaq istəyən mətbuat nümayəndələri üçün Peşəkar Futbol Liqası tərəfindən şərait yaradılacaq.

Prosedur qaydaları

-Jurnalistlər səfərə iyunun 2-də aparılacaq. Həmin gün veteranların qarşılaşmasını izləyib, işıqlandıracaq jurnalistlər final matçından sonra əks istiqamət üzrə hərəkət edəcəklər.

- Peşəkar Futbol Liqası hər mətbu orqandan 1 nəfərin səfər xərclərini üzərinə götürəcək.

- Səfərə mövsümboyu PFL-də akkreditasiya qeydiyyatından keçmiş və Topaz Premyer Liqasının, eləcə də Azərbaycan Kubokunu işıqlandırmış jurnalistlər aparılacaq. Oyunda iştirak etmək istəyən, amma mövsüm ərzində PFL tərəfindən verilən akkreditasiyaya sahib olmayan jurnalistlər də qeydiyyat üçün müraciət edə bilərlər. Həmin jurnalistlərə akkreditasiya veriləcək, lakin səfər xərclərini Peşəkar Futbol Liqası üzrərinə götürməyəcək.

- Azərbaycan Kubokunun finalı üçün qeydiyyatdan keçmək istəyən jurnalistlərdən xahiş olunur ki, ad, soyad və çalışdığı orqan tərəfindən verilən vəsiqənin surətini [email protected] ünvanına göndərsinlər.

- Qeydiyyat müddəti 20 mayda bitəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail