"Qəbələ"nin hazırlıq planı bəlli oldu: Türkiyə, yoxsa Avstriya?

12.05.2015 | 4025 dəfə oxunub

“Qəbələ” klubunun ilk hazırlıq planına aydınlıq gəlib. Stadium.az xəbər verir ki, Premyer Liqanın son turunda – mayın 28-də doğma meydanda “Bakı”nı qəbul edəcək əyalət klubu bu qarşılaşmadan sonra futbolçularını evə buraxacaq. 

Komanda yeni mövsüm üçün isə iyunun 8-də bir araya gələcək. Bu barədə isə saytımıza klubun marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verdi. Səməd bəy bildirdi ki, elə həmin gün də komanda xaricə təlim məşq toplanışına yola düşəcək və bu hazırlıq prosesi də iyunun 24-nə kimi davam edəcək.

Samed Nesibov'un fotoğrafı.

Ancaq komandanın hansı ölkəyə təlim-məşq toplanışına gedəcəyi hələ bəlli deyil. Nəsibov buna belə aydınlıq gətirdi: “Hazırda iki variant var. Ya Türkiyənin Ərzurum şəhəri, ya da Avstriya. Ərzurumda hər cür şərait var, amma yoxlama oyunları keçirmək üçün problemlər var orada. Eləcə də Avstriyada. Çünki komandalar hazırlığa əsasən İyuldan başlayır. Biz sə daha tez başlayacağıq. Bu səbəbdən də, hansı variantda yoxlama oyunu keçirmək üçün rəiblərlə təmin olunsaq, o variantı seçəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail