Portuqaliya millisinin sabiq üzvü: "Amit kimi futbolçular "Porto", "Benfica" kimi yerli klublara çox maraqlıdır"

12.05.2015 | 4368 dəfə oxunub

Portuqaliya yığmasının sabiq futbolçusu, Lissabonun "Atletiko" klubunun məşqçisi Jorje Andrade Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə bağlı fikirlərini açıqlayıb. Stadium.az "Azerisport"a istinadən xəbər verir ki, Andrade böyük klubların azərbaycanlı futbolçu ilə maraqlanacağına inandığını deyib. 

"Komandamızda legionerlərin də olması müəyyən mənada yaxşıdır. Amit və digər legioner futbolçular "Atletico" üçün önəmlidir. Onun əla texnikası var və mərkəz yarımmüdafiəçisi kimi özünü yaxşı tərəfdən göstərməyi bacarır. Onun müasir ötürmələri komandamız üçün çox vacibdir. Amma Portuqaliyada çempionat çox çətindir. Bu üzdən də belə oyunçuların olması bizim ancaq xeyrimizədir".

O, Quluzadənin Portuqaliyadakı perspektivi barədə də danışıb: "Portuqaliya Super Liqasında çıxış edən "Benfica", "Sporting", "Portu", "Boavista" və "Braga" kimi klublar daim ikinci liqadakı futbolçularla maraqlanırlar. Məsələn, Amit kimi futbolçular "Porto", "Benfica" kimi yerli klublara çox maraqlıdır. İndi o, doğru yoldadır. Əlbəttə, Amitə yerli futbola tam uyğunlaşmaq üçün bir qədər də vaxt lazımdır. Bu, onun üçün problem olmamalıdır. Hesab edirəm ki, böyük klublar tezliklə ona maraq göstərəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail