"İnter"in vitse-prezidenti: "Bütün məsələlərə tezliklə aydınlıq gələcək" - MÜSAHİBƏ

13.05.2015 | 4016 dəfə oxunub

“İnter”in idman məsələləri üzrə vitse-prezidenti Roland Vrumans klubun rəsmi saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- “İnter”ə ötən ilin oktyabrından etibarən işləməyə başladınız. “İnter” klubuna təşrif buyuraraq, burada çalışmağa vadar edən əsas səbəb nə idi?

- Layihə üzərində çalışmaq və bir sıra məqsədlərə nail olmaq üçün bir neçə ili əhatə edən gələcəyin mənzərəsini bilmək vacib məsələdi. “İnter”dən təklif mənə maraqlı gəldi və Bakı şəhərinə getdim, öz gözlərimlə “İnter Arena” stadionunu gördüm, bir sıra mühüm şəxslərlə görüşdüm və layihənin gələcək mənzərəsini yaratmağa çalışdım. Yaşadığım Belçikaya qayıtdıqdan sonra bu imkanı ailəmlə müzakirə etdim və “İnter”də çalışmağa başlamaq istədim. “İnter”də çalışmaq üçün “Roda” ilə müqaviləmin ləğv edilməsi üçün danışıqlar aparmalı oldum. Əvvəlki klubla münasibətlərə rəsmən xitam verdikdən sonra “İnter” lə 2017-ci ilə qədər müqavilə imzaladım.


- İşə necə başladınız?

- Həmişə indiki vəziyyəti təhlil edərək gələcək üçün planlar hazırlamaq lazımdı. Mən birinci komanda ilə bağlı iş metodunu təhlil etdim və komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə əsas və ikinci komandanın oyunçularının oyun keyfiyyətini birlikdə analiz etməyə başladıq. Əlbəttə, mən bilirəm ki, Kaxaber Sxadadze 7 ildir uğurla baş məşqçilik edir. Mənim üçün bilmək vacib idi ki, komandanın ümumi şəxsi heyəti birlikdə necə çalışır və hansı keyfiyyətlərə malikdir. Əsas komandanın başlıca vəzifəsi oyunlarda qalib gələrək yaxşı nəticələr əldə etməkdi. Amma biz oyunçuları daha yüksək səviyyəyədək inkişaf etdirmək istəyirik. Birinci komanda bizim lokomotivimizdi. Hamı səbirsizliklə əsas komandadan nəticə və məhsuldarlıq gözləyir. Mənim “İnter”lə bağlı hazırladığım layihə klubu, xüsusilə də futbol bölməsini, əsas komandanı, seleksiya işini və uşaq-gənclər futbol məktəbini daha yüksək səviyyəyə yüksəldilməsinə istiqamətlidi. Bu, böyük layihə və çətin vəzifədir. Buna görə də, mən “2015-2020-ci il planı”nı hazırlayaraq klubun sahibi Cahangir Hacıyevə təqdim etdim. O, plana çox yaxşı yanaşdı və dəstək göstərəcəyini bildirdi. Beləliklə, planı yerinə yetirməyə başlamaq imkanı yarandı.


- Birinci komanda ilə bağlı nəyi reallaşdıra bildiniz?

- 2015-ci ilin yanvar ayında baş məşqçi Kaxaber Sxadadze ilə onun Gürcüstan milli komandasının baş məşqçisi təyin edilməsindən sonra yaranmış yeni vəziyyəti müzakirə etdik. Biz belə bir qərara gəldik ki, Marino Pusiçi baş məşqçi postuna potensial namizəd kimi dəvət edək. Həmçinin klub həkimlərilə müzakirələr apardıq. Tibbi şöbənin iş metodlarını araşdırdıq və iş keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə fizioterapevt vəzifəsinə “Karlsrue”dan Klemens Foqtu dəvət etdik. O, çox bacarıqlı insandır və klubumuza sürətlə uyğunlaşdı. Qış transfer pəncərəsinin açıq olduğu müddətdə baş məşqçilə bir necə dəfə müzakirələr apardım. Məqsədimiz mərkəz hücumçusunu, hücumçunu və mərkəz müdafiəçisini komandaya cəlb etmək idi. Biz vinger kimi “Feyenoord” klubundan Ruben Şakenin və mərkəz müdafiəçisi mövqeyinə Belqradın “Partizan” klubundan Voislav Stankoviçin transfer edilməsi barədə qərar qəbul etdik. Biz bir sıra maraqlı mərkəz hücumçusu barədə müzakirələr apardıq, amma bu mövqelərə futbolçu dəvət etmədik. Qış transfer pəncərəsinin bağlanmasından sonra qələbə qazanmaq və mövsümün sonunadək yaxşı nəticələr əldə etmək üçün doğru futbolçuların seçilməsi mühüm əhəmiyyət daşıyırdı. Transfer pəncərəsinin bağlanmasından sonra gəldiyim qənaətlərdən biri də “İnter”in skaut komandasının yaradılması oldu. Mən komandaya cəlb olunmalarından öncə yeni oyunçuların potensiallarını canlı müşahidə etmək istəyirəm. Siz əsas komanda üçün yeni futbolçuları seleksiya yolu ilə transfer edə, yaxud klubun uşaq akademiyasından futbolçuları cəlb edə bilərsiniz. Mən PSV klubunun gənclər akademiyasında çalışmışam və üç il Rusiyanın Tolyatti şəhərində Konoplev akademiyasında işləmişəm. “İnter”in Uşaq-Gənclər Futbol Akademiyasının da beynəlxalq standartlara uyğun formalaşdırılmasına hazıram. Əsas məqsəd birinci komanda üçün futbolçular yetişdirməkdi. Mən AFFA-da Bernard Lippertlə görüşdüm və AFFA-nın gənclərlə bağlı layihəsinə qoşulmağa hazır olduğumuzu bildirdim. Bizim növbəti görüşümüz bu yaxınlarda baş tutmalıdı.


- Komandada hazırda vəziyyət necədi?

- Klubda hamı öz işini görür. Əsas komandanın əldə etdiyi nəticələr komanda üzvləri və əməkdaşları üçün təqdirəlayiqdi. Biz Azərbaycan Premyer Liqasında çempionluq uğrunda əvvəlkitək “Qarabağ”la mübarizə aparırıq! Avropa Liqasında vəsiqə qazanmağımız artıq dəqiqdi. Biz UEFA-nın təsnifat mərhələsində iştirak edəcəyimiz barədə təsdiq məktubunu da göndərmişik. Bu isə o deməkdir ki, biz növbəti mövsümdə də iştirak edəcəyik. Mən gələcək üçün bir neçə ssenariyə də hazıram. Azərbaycan yarışlarında, istər Premyer Liqada, istər birinci divizionda, eləcə də U-19 və U-17 turnirlərində bir çox oyunlara və oyunçuların çıxışlarına baxmışam. Milli komandanın və U-21 komandasının məşq prosesini izləmək üçün Türkiyədə olmuşam. 2015-ci ilin aprelində gələcək mövsümə hazırlıqlar məqsədilə Marino Pusiçlə birlikdə Hollandiya, Belçika və Almaniyada səfər etdik. Əlbəttə, iddialarımız yeni büdcə ilə müəyyənləşəcək, amma mən indiki komandanın və ya yeni komandanın formalaşdırılması üçün bir neçə ssenariyə də hazıram. Ümid edirəm ki, bütün bu məsələlərə tezliklə aydınlıq gələcək. Bizə yaxşı şəxsi heyət, yaxşı komanda və yeni mövsüm üçün zəruri hazırlıq keçmək lazımdır. Mən həqiqətən də istəyirəm ki, indiki komandanın əsasını qoruyaraq Avropa Liqasında uğur qazanaq və gələcək mövsümdə də iştirak edək. Avropada uğur qazanmağımız yaxşı olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail