Rauf Əliyev "Neftçi"dən gedişinin səbəbini açıqladı

13.05.2015 | 4232 dəfə oxunub

"Heç kimlə prinsipim yox idi. Ola bilər ki, rəhbərlik az oynamağıma görə belə qərar verdi". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Neftçi" klubu ilə yollarını ayıran futbolçu Rauf Əliyev deyib.

R.Əliyev Azərbaycan Premyer Liqasının 33-cü turunda "İnter"ə 0:4 hesablı məğlubiyyətdən sonra əvəzedici komandaya göndərilməklə transferə çıxarılıb. Bu gün isə o, kluba müraciət edərək azad agent statusu alıb. 

26 yaşlı hücumçu komandanın əsas heyətinə düşə bilməməsinin səbəbini belə izah edib: "Bunlar bir oyuna görə yox, əvvəllər baş verənlərlə bağlı idi. Meydana çıxmamağımla bağlı baş məşqçi Arif Əsədovla çox danışmışam. Mənə şans verməyəndə onunla söhbət edirdim, amma gördüm ki, xeyri yoxdur".

Əvvəlki oyununu göstərə bilməyən R.Əliyev bunu meydana çıxmaması ilə əlaqələndirib. O bildirib ki, az-az meydana çıxmaqla istənilən oyunu nümayiş etdirmək mümkün olmur: "Beş oyundan bir meydana çıxanda necə olmalıdır? Beş oyundan sonra meydana çıxanda elə bilirsən ki, futbola yeni başlamısan. Nikolas Kanales sonradan qollarını vurdu, amma əvvəllər fərqlənə bilmirdi. Şans ona verildi və oynadı. Oynadıqca formaya düşürsən. Mənə şans verilmədi. Bir oyun oynayanda beşində oynamırdım. Belə olan halda da çətindir. Mən harada oynamışamsa, həmişə daimi üzvə çevrilmişəm. Ona görə də öz oyunumu göstərə bilmişəm".

"Neftçi" ilə normal qaydada ayrıldığını bildirən hücumçu gələcək planlarından da danışıb: "Hələlik bir şey yoxdur. Gələcəkdə bu haqda danışmaq olar. Futbolumuzda maddi baxımdan problemlər var. Yeni komanda ilə bağlı danışıqlar aparılır, amma dəqiq bir şey yoxdur. Əsas məqsədim transfer vərəqəmi götürmək idi. Bundan sonra yeni komanda barədə düşünmək olar".

Rauf Əliyev "Neftçi" ilə yanvarda 1,5 illik müqavilə bağlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail