Anar Salmanov Xaqani Məmmədovla bağlı şok faktlar açıqladı VİDEO

14.05.2015 | 4146 dəfə oxunub

Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib. Stadium.Az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Anar Salmanov, "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev və jurnalist Hacı Mərdan olub. "TOP TOP"da Azərbaycan Premyer liqa oyunlarından və bu matçlarda baş verən  hakim səhvlərindən danışılıb. Anar Salmanov isə AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun ünvanına sərt fikirlər səsləndirib: "Azərbaycan futbolunun korifeyi Ələkbər Məmmədovun 85 illiyi münasibətilə keçirilən futbol matçında təşkilati işləri bizim dəyərli hakimimiz Rüstəm Rəhimov edib. Oyun isə AFFA-nın işçiləri ilə veteran futbolçular arasında olub. Matçın ilk hissəsini Rüstəm Rəhimov, ikinci hissəni isə gənc hakim Ceyhun Əzizov idarə edib. Bu oyunda hörmətli baş katibimiz Elxan Məmmədov da oynayırdı. Görün bu görüşdən sonra biz nə ilə üzləşirik? Matçı idarə edən gənc hakimlər AFFA-nın hakimlər komitəsinin sədri Xaqani Məmmədov tərəfindən cəzalandırılıb. Bu biabırçılıqdır. Xaqani Məmmədov, birincisi sən özünə bax ki, kimsən? Elxan Məmmədovun oynadığı, Rüstəm Rəhimovun idarə etdiyi görüşün gənc hakimlərini cəzalandırısan.  İkincisi, sən Tofiq Bəhrəmovun, Ələkbər Məmmədovun xatirə oyunlarında gəlib özün iştirak etmirsənsə, hansı gələcəkdən danışırsan? Sən bu tədbirləri gənc hakimlər arasında təbliğ etmək əvəzinə, gör nə işlə məşğulsan? Sən keçmişini bir yadına sal, ay Xaqani. Rüstəm Rəhimov həmin insandır ki, 10 il əvvəl Ramiz Mirzəyevin futbola rəhbərlik etdiyi dönəmdə səni hakimlikdən uzaqlaşdıranda, o, prezidentdən xahiş edərək səni futbolda saxlayıb. Amma indi sən onun telefon zənglərinə cavab vermirsən". Anar Salmanov "TOP TOP" verilişində şok faktlar açıqlayıb. Bir sözlə baxmağa dəyər. 

"TOP TOP" verilişi hər həftənin bazar ertəsi saat 20:00-da "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın mayın 11-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail