Cahangir Hacıyev nəzarət altında

14.05.2015 | 4041 dəfə oxunub

İş adamlarının həbsi ölkə gündəminin əsas mövzularını arxa plana keçirib. Stadium.Az xəbər verir ki, bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur; amma hüquq-mühafizə orqanları hələ ki rəsmi məlumat yaymağa tələsmir. Həbslərin məhz dövlət bankına kredit borcuna görə aparılmasını iş adamları barədə yalnız məhkəmənin qərarı-dələduzluq maddəsi təsdiqləyir.

İddiaya görə, prezidentin etibarından istifadə edərək dövlətin pullarını müxtəlif adamlara verən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev istefa verən tarixdən, yəni martın 18-dən bəri “göz altındadır”. "İnter" və "Simurq"un sahibindən borclularla bağlı bütün məlumatlar alınıb, müqavilə sənədləri götürülüb və borcluların siyahısı tutulub. Xəbərlərə görə, C.Hacıyev “müdafiəsi”ni əvvəldən etibarlı qurub, belə ki, kimə nə qədər kredit verilməsi ilə bağlı ona  yüksək vəzifəlilərin etdiyi xahişləri (zamini) də fiksə edib. Ölkənin ən iri bankına 14 il rəhbərlik etmiş C.Hacıyev bank-maliyyə sektorunun önəmli simalarından biri olmaqla yanaşı, ölkə prezidenti İlham Əliyevin ən yaxın çevrəsinə daxil olan şəxs kimi tanınırdı. Onun prezidentin inamını tam itirdiyi, amma istintaqa kömək etməsi səbəbindən azadlıqda saxlanıldığı da iddialar arasındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail