"Simurq" - "Bakı" oyunu baş tutmadı

15.05.2015 | 3335 dəfə oxunub

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən yarışın 34-cü turunun "Simurq" - "Bakı" matçı baş tutmayıb. Stadium.az xəbər verir ki, buna "Bakı"nın Zaqatalaya səfər etməməsi səbəb olub.

Bu gün keçirilməli olan oyun üçün meydana çıxan Rövşən Babayevin komandası hakimlər briqadasının qərarı ilə yenidən paltardəyişmə otağına göndərilib və matçın protokolunda rəqibin matça çıxmadığı qeyd olunub.

Əsasnaməyə uyğun olaraq "Bakı"ya 0:3 hesablı texniki qalibiyyət veriləcək. Növbəti həftədə keçiriləcək İntizam Komitəsinin iclasında "Bakı"nın məğlubiyyəti rəsmiləşəcək.

"Bakı"nın Zaqatalaya getməməsinə səbəb isə komandanı səfərə aparan avtobusun yolda qəzaya uğramasıdır. "Bakı" klubu PFL-ə müraciət edərək oyunun bir gün sonraya təxirə salınmasını istəsə də, tələbləri yerinə yetirilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail