"Azarkeşlər bu görüşü səbirsizliklə gözləyir"

09.09.2011 | 4618 dəfə oxunub

“Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlar artıq derbi ab-havasında keçir. Azarkeşlər bu görüşü səbirsizliklə gözləyirlər”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.
Sabah Premyer Liqanın V turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” üçün bu matç xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, əyalət təmsilçisinin baş məşqçisi çempion olmaqdan çox “Neftçi” üzərində qələbə qazanmaq haqda düşünür. Doğma meydan amilindən də istifadə edəcək “Xəzər Lənkəran” mövsümün ilk ciddi sınağından üzüağ çıxmaq niyyətindədir: “Aydın məsələdir ki, doğma meydanda oynayırıq və əzəli rəqibimizə məğlub olmamalıyıq. Bütün gücümüzü səfərbər edəcəyik ki, qələbə qazanaq”.
Statistika da göstərir ki, son iki ildə “Xəzər Lənkəran” “Neftçi”yə məğlub olmayıb. Ancaq yayda rəqib heyətini qorusa da, “Xəzər lənkəran”da müəyyən dəyişiklik oldu. Bu amilin oyuna nə dərəcədə təsir göstərib-göstərməyəcəyini isə müdafiəçi belə izah edib: “Bu baxımdan “Neftçi”nin müəyyən üstünlüyü var. Onların oturuşmuş heyəti var və komanda artıq iki ildir ki, bir yerdə oynayır. Bizdə gedən də oldu, gələn də. Kimin güclü olduğu sentyabrın 10-da bilinəcək. Azarkeş üstünlüyündən istifadə etməyə çalışacağıq”
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail