"Neftçi"nin "Stadium Tour" layihəsi davam edir VİDEO

16.05.2015 | 3188 dəfə oxunub

"Neftçi" "Stadium Tour" layihəsi çərçivəsində üçüncü tədbirini keçirib. Stadium.Az xəbər verir ki, bu dəfə layihənin qonaqları Həyat Beynəlxalq Humanitar Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nəzdində olan qaçqınlar mərkəzinin əməkdaşları və təşkilatın himayəyə götürdüyü uşaqlar olub. Qonaqlara ilk olaraq “Bakcell Arena” haqqında məlumat verilib. Daha sonra tur iştirakçıları stadionun media mərkəzində yaradılmış şərait və mətbuat zalı ilə tanış olublar. Komandamızın paltardəyişmə otağı uşaqlar tərəfindən daha böyük maraqla qarşılanıb. Alqış sədaları altında meydançaya daxil olan qonaqlara daha sonra “Neftçi”nin “fans-stand” guşəsində forma və şərflər hədiyyə olunub. Mərkəzi “Skybox”ları gəzən təşkilat nümayəndələrinə stadionun “VIP lounge” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlara stadionda çəkdirilmiş xatirə şəkilləri təqdim olunub.

"Neftçi” “Stadium Tour” layihəsini davam etdirir. Layihədə iştirak etmək istəyən azarkeşlərimiz bununla bağlı istəklərini [email protected] ünvanına göndərə bilərlər. Müraciətdə ad, soyad və mobil nömrənizin qeyd olunması vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail