"Qəbələ" hakimləri döyən futbolçularını transferə çıxardı

18.05.2015 | 3644 dəfə oxunub

Mayın 14-də U-16 Liqası”nın 30-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” (3:3) görüşündə xoşagəlməz hadisə baş verib. 

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun başa çatdıqdan sonra “Qəbələ”nin və eyni zamanda, U-16 milli komandamızın futbolçuları – Aqşin Hüseynov və Murad Qayalı hakimlər briqadasının 2 üzvünə fiziki təsir göstəriblər.

Hadisənin ardından məsələ ilə bağlı klub və akademiya rəhbərliyinin iştirakı ilə toplantı keçirilib və qərar qəbul olunub. Qərara əsasən, sözügedən futbolçular transferə çıxarılıblar.

Klub məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: "İdmanda bu cür hadisələrin əleyhinəyik və daim “Fair play” qaydalarına əməl olunmasını dəstəkləyirik. “Qəbələ” İdman Klubunun məqsədi ölkəmizə layiqli idmançılarla yanaşı, sağlam düşüncəli, intizamlı, tamaşaçıya, hakimlərə, rəqibə və komanda yoldaşlarına hörmət bəsləyən fərdlər yetişdirməkdir. Məhz buna görə də, oyunu idarə edən hakimlər briqadasının üzvlərinə fiziki təsir göstərmiş idmançıların klubumuzda saxlanılmaları klub fəlsəfəsinə tamamilə ziddir. Biz bu hadisəni pisləyir və bildiririk ki, belə xoşagəlməz halların təkrarlanmaması üçün bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirəcəyik".

“Qəbələ” İdman Klubu hakimlər briqadasının üzvləri – Bəxtiyar Gözəlov, Rövşən Məmmədov, Elşad Abdullayev və Cahangir Yusifzadədən, həmçinin, bütün futbol ictimaiyyətindən üzr istəyir!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail