AFFA rəsmisi klubları sərt tənqid etdi

19.05.2015 | 3159 dəfə oxunub

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycan Premyer Liqasında oynamaq üçün liseziya almağa çalışan klub rəsmilərinə müraciət edib. Stadium.Az xəbər verir ki, Nərimanoğlu bu gün lisenziya üçün apellyasiya müraciətində 10 günlük müddətin bitəcəyini xatırladıb.

O, klub rəsmilərini mətbuat səhifələrində özlərini ucuz reklam etməməyə çağırıb: "Bəzi mətbuat səhifələrdə elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənədlərini toplayıb apellyasiya müraciəti etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz Milli Məclisin. Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı". Əfsuslar olsun ki, bu gün reklam vaxtınız bitir. 9 gün ərzindəki ittiham və iradlarınızı təsdiqləmək, dediyiniz sözün arxasında dayanmaq və iddia etdiyiniz kimi haqqınızı qorumaq üçün heç olmasa, apellyasiyaya müraciət edin. Axı, sizin qeyd etdiyiniz kimi ilk andan müraciət etdiyinizə və bütün sənədlərinizin qaydasında olduğuna görə mətbuata və azarkeşlərinizin çoxsaylı suallarına bircə cümlə ilə cavab verməkdən bezmişəm: "Bu ana qədər apellyasiyaya heç bir klub müraciət etməyib". İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin".

AFFA-nın Lisenziyalaşdırma Komissiyası 2015-2016-cı il mövsümündə Premyer Liqada iştirak üçün Bakının "Zirə" və Gəncənin "Kəpəz" klublarına icazə verib. Qərardan narazı qalan bəzi klublar, o cümlədən, I divizionun qalibi "Neftçala" apellyasiya verəcəyini bildirsə də, hələlik heç bir addım atmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail