"İnanmırsınızsa, gəlin, futbolçuların özündən soruşun"

09.09.2011 | 4971 dəfə oxunub

“Simurq” futbolçularının məşqə və oyunlara çıxmayacağı barədə yayılan söz-söhbətlər həqiqəti əks etdirmir. Bunu “Simurq”u istəməyən ağzıgöyçəklər yayıb”. Stadium.az xəbər verir ki, bu sözləri Zaqatalanın “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.
Klub rəsmisi bildirib ki, “Simurq”da heç bir maliyyə problemi olmayıb: “Bizdə hər şey qaydasındadır. Maaşların verilməməsindən söhbət gedə bilməz. Futbolçular, texniki heyət avqust ayına nəzərdə tutulan maaşlarını alıblar. Bizə inanmırsınızsa, şənbə günü “Şəfa” stadionuna gəlib, bütün futbolçulardan ayrı-ayrılıqda soruşun. Həqiqətən də, bu tamamilə uydurulmuş bir məsələdir”.
Vaqif Əliyev bu söz-söhbətləri yayanların məqsədini anlamadığını söyləyib: “Bu şayələr yayılsa belə bizim işimiz yolunda gedir. Sadəcə olaraq, gündəmi bu cür yalan xəbərlərlə zəbt edənləri başa düşə bilmirəm”.
“Simurq” V turda “Şəfa” stadionunda “İnter”in qonağı olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail