"Bakı-2015": Mingəçevirdə bilet satışı məntəqəsi açıldı

22.05.2015 | 3001 dəfə oxunub

Bakı 2015 Mingəçevirdə bu gün - Avropa Oyunları məşəlinin şəhərə çatmasıyla eyni gündə - bilet satışı məntəqəsini açdı. Stadium.Az xəbər verir ki, Mingəçevir, bu yay keçiriləcək Oyunlar zamanı avarçəkmə idman növü üzrə yarışlara ev sahibliyi edəcək.

Mingəçevir sakinləri, Bakı 2015-in 14-16 iyun tarixlərində baş tutacaq avarçəkmə yarışları üçün biletləri Mingəçevir Dram Teatrının kassasından ala biləcəklər.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Yeni açılmış kassa, Mingəçevir sakinlərinə gələn ay keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək.

Şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması, Birinci Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədimizdən irəli gəlir; beləliklə, onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1 AZN-dən 3 AZN-ə qədər, final oyunları üçün isə 1 - 5 manat arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.

Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.

Birinci Avropa Oyunlarının Bakıda keçiriləcək bütün idman yarışlarına biletləri www.baku2015.com/tickets veb səhifəsindən onlayn qaydada almaq mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail