"Neftçi"nin Müşahidə Şurasının sədri üçün yeni vəzifə

23.05.2015 | 3100 dəfə oxunub

Qara dəniz və Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı Beynəlxalq Fondunun vitse-prezidenti, "Neftçi"nin Müşahidə şürasının sədri Çingiz Abdullayev bu təşkilatın prezidenti vəzifəsinə seçilib. Stadium.Az xəbər verir ki, sədrliyin rəsmi təhvil verilməsi Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq təşkilatı Baş Assambleyasının və Direktorlar Şurasının Bakıda keçirilən iclası çərçivəsində baş tutub.

Rotasiya prinsipi əsasında bu vəzifə İsmayıl Safidən (Türkiyə) Çingiz Abdullayevə (Azərbaycan) təhvil verilib.

Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq fondu (QDXDBF) 4 mart 2009-cu ildə Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.

Regionda unikal olan bu təşkilatın İdarə Heyətinin üzvləri 20 ölkədən olan tanınmış nümayəndəlikərdir. Buraya Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Rumıniya, San Tome və Prinsipi, Serbiya, Türkiyə, Ukrayna, Xorvatiya, Monteneqro, İsveçrə və Cənubi Afrikadan olan siyasətçilər, diplomatlar və alimlər daxildir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail