AFFA klubları xallarını silməklə hədələdi

26.05.2015 | 3440 dəfə oxunub

2015/2016-cı il mövsümündən başlayaraq  Premyer Liqada klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:
  • Klubun aktivindən xalların silinməsi
  • Maliyyə sanksiya
  • Futbolçunun diskvalifikasiyası.
 
2014/2015-ci il Topaz Premyer Liqası 28.05.2015-ci il tarixdə keçiriləcək XXXVI turun oyunları ilə başa çatacaq və növbəti Premyer Liqa oyunları avqust ayından start götürəcək. Yeni mövsüm üçün transfer pəncərəsi 09.06.2015 – 31.08.2015-ci il tarixləri müəyyən olunub. Bu tarixdən etibarən İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı qərarı tətbiq olunmalıdır. İcraiyyə Komitəsinin qərarı yeni bağlanan müqavilələrə şamil olunur (01.01.1995-ci ildən və 01.01.1993-cü il ildən başlayaraq doğulan futbolçular). Qərarın icrasına AFFA tərəfindən ciddi şəkildə nəzarət olunacaq. İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılacaq. (affa.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail