Avropa Oyunlarının məşəli Qəbələdə

27.05.2015 | 2681 dəfə oxunub

"Bakı-2015" Avropa Oyunlarının məşəli Qəbələyə gətirilib. Stadum.Az "Azərtac"a istinadən xəbər verir ki, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul edib.

Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirib. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəliblər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırıb. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.

Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin müəllimi Səbinə Cahangirova ilk Avropa Oyunları məşəlinin Qəbələ şəhərinə gətirilməsindən duyduğu sevinci "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məni də qürurlandırır. Oyunların məşəlinin bu gün Qəbələ şəhərində yandırılması bizi hədsiz sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük uğurlar əldə edirlər. Bu uğurlarda Qəbələ idmançılarının da xüsusi payı var. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq yaradıb. Bu tədbirin rayonumuzda keçirilməsi tarixi bir hadisədir. Arzu edirəm ki, bu gün qədim və müasir Qəbələdə yandırılan alov, tezliklə Qarabağda şölə saçsın”.

Qəbələ rayon Ağsaqqallar Şurasının sədri Nazim İsmayılov birinci Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsinin əhəmiyyətini yüksək qiymətləndirib: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu Oyunlar Azərbaycanın sürətli inkişafını, xalqımızın milli dəyərlərini və tolerantlığını dünyaya nümayiş etdirəcək. Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq aləmdə yüksək etimad qazandığını göstərir. Oyunların Bakıda keçirilməsi bir daha təsdiqləyir ki, dünyanı cənginə alan iqtisadi böhran Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Əksinə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltmiş, etibarlı tərəfdaş olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.

Möhtəşəm Alov festivalı, respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı Qəbələ sakinlərinin sevincini daha da artırıb. Sonda atəşfəşanlıq olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail