"Kəpəz"də Müşahidə Şurası yaradıldı, Diniyev baş məşqçi oldu

27.05.2015 | 2197 dəfə oxunub

Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının ilk iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

I. AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Müşahidə Şurasının üzvləri aşağıdakı tərkibdə təsdiq olunsun

1. Müzəffər Qasımov - Futbol veteranı
2. Xanlar Fətiyev - Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı
3. Elmir Vəliyev - "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri
4. Mikayıl Quluyev - AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist
5. Sərxan Babayev - "DET-AL Alüminium" MMC-nin baş direktoru
6. Namiq Məmmədov - "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri
7. Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi

II. "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilsin.
III. AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev baş məşqçi təsdiq olunsun.
IV. "Kəpəz" Peşəkar Futbol Klubunun prezidenti Mehman Allahverdiyev klubun icraçı direktoru təsdiq olunsun.
V. Yeni strukturun layihəsi hazırlansın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ