"Qəbələ"nin 35 potensial rəqibi

27.05.2015 | 3618 dəfə oxunub

“Qəbələ”nin ardıcıl 2-ci mövsüm çıxış edəcəyi Avropa Liqasının ilk təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşir.

Stadium.Az xəbər verir ki, Azərbaycanın turnirdə digər təmsilçiləri “İnter” və “Neftçi”ylə müqayisədə komandanın avrokuboklarda reytinqi aşağı olduğundan səpələnməmişlər arasında yer alacaq. Bu isə o deməkdir ki, digər klublarımızla müqayisədə “qırmızı- qaralar”ı nisbətən çətin rəqiblərlə sınaq gözləyir. “Qəbələ”nin və avrokuboklarda digər təmsilçilərimizin rəqibləri iyunun 22-də UEFA-nın püşkatmasında müəyyənləşəcək.

Səpələnmişlər səbətində isə artıq 37 komanda bəllidir ki, onların da 35-i “Qəbələ”yə potensial rəqibdir. Qalan ikisi Azərbaycan təmsilçiləri olduğundan, komanda püşkatmada onlarla düşə bilməz. “Qırmızı-qaralar” mübarizəyə postsovet məkanından “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aktobe” (Qazaxıstan), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Dinamo” (Tiflis, Gürcüstan), Avropadan “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Elfsborq”, AİK, “Höteborq” (hamısı İsveç), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Buduçnost” (Monteneqro), “Hayduk” (Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Botosani” (Rumıniya), “Koper” (Sloveniya), “Qo Ehed İqls” (Hollandiya), “Linfild” (Şimali İrlandiya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta), “Rabotniçki” (Makedoniya), “Aberdin” (Şotlandiya) və “HB Torshavn” (Farer adaları) klublarından biri ilə görüşlə başlaya bilər.

"Qəbələ" İK qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail