Tale Heydərov: "Yeni mövsümdən çempionluq üçün oynayacağıq"

29.05.2015 | 3699 dəfə oxunub

“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Bakı” ilə keçirilən oyundan (3:0) sonra müsahibə verib.

- “Qəbələ” ardıcıl ikinci mövsüm ölkə çempionatında bürünc medallara sahib çıxdı. İlk öncə təəssüratlarınızı öyrənmək istərdik.

- Komanda üçün minimum nəticə üçüncü yeri tutmaq idi. Bu da əldə olundu. Bürünc medala sahib çıxmağımız sevindirici haldır.

- Növbəti mövsüm “Qəbələ”nin hədəfi nə olacaq?

- Bu il üçüncü olduq. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq. Hədəf olaraq komandanın qarşısına da çempionluq qoyulub. Yeni məşqçi, yeni heyətlə istəyimizə çatacağımıza inanıram.

- Baş məşqçi Roman Qriqorçukun işi sizi qane edir?

- Qriqorçukun işi məni qane edir. İlk oyunlarda bir qədər çətinliklər var idi. Uğurlu olmamışdı. Amma sona yaxın komanda yaxşı təsir bağışladı. Məğlubiyyətsiz oyunlar seriyası əldə etdik. Bu nəticə klub tarixi üçün rekord göstəricidir.

- Komandanın qazandığı nəticə məlumdur. Bəs, sərgilənən oyun ürəyinizcədir?

- Hazırkı durumdan çox razıyam. İndi “Qəbələ” həmişə istədiyim oyunu sərgiləyir.

- Qarşıdan Avropa Liqasının oyunları gəlir. Qitə kuboklarında komandanın qarşısına hansı hədəf qoyulub?

- İnanıram ki, bu dəfə ötənilki kimi olmayacaq. Hədəfimiz bacardıqca maksimum irəli getməkdir.

- Heyətdə hansı dəyişikliklər olacaq?

- Bir neçə yeni oyunçunun komandaya götürüləməsi üzərində iş gedir. Bəzi futbolçularla da sağollaşacağıq. Yeni heyətlə bu il Avropa Liqasında inamlı çıxış edəcəyimizi düşünürəm.

- “Qəbələ” üçün daha böyük stadionun inşası planı qüvvədə qalıb, yoxsa hazırkı arena ilə kifayətlənəcəksiniz?

- Bütün dünyada olduğu kimi, Azərbaycan futbolunda da infrastruktur inkişaf edir. Tələbat olanda arenanın tutumu da artır. Daha böyük stadionlar inşa olunur. Yeni, daha böyük azarkeş tutumuna malik stadiona ehtiyac olduqda, qərar verəcəyik. İndiki halda bu stadion bizi qane edir. (futbolxeber.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail