"Sumqayıt"dan ilk

29.05.2015 | 6246 dəfə oxunub

Premyer Liqanın XXXVI turu “Sumqayıt” üçün ilklə əlamətdar olub. Stadium.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə “İnter”ə qalib gəlib. Paytaxt təmsilçisi ilə əvvəlki 11 qarşılaşmada qalib gələ bilməyən sumqayıtlılar uğursuz seriyanı ev oyununda qırıb – 3:1.

Əvvəlki qarşılaşmalarda cəmi 1 qol vurub, 3 heç-heçə edən “Sumqayıt” 8 dəfə uduzmuşdu. Bu qələbə “Sumqayıt”ın ardıcıl 2-ci uğuru olub. XXXV turda “Xəzər Lənkəran”a qalib gələn (2:0) sumqayıtlılar Premyer Liqadakı klub rekordunu təkrarlayıb. Belə ki, komanda indiyədək ən yaxşı halda ardıcıl 2 qələbə qazanıb. Bunadək 4 belə seriyası olan sumqayıtlılar 5-ci dəfə ardıcıl 2 qalibiyyət alıb. “Sumqayıt” həm də mövsümdə ilk dəfə bir oyunda 3 qol vurub.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 2-dən artıq qol 2014-cü il aprelin 20-də “Neftçi” ilə səfər matçında vurmuşdu. Onda 3:1 hesabı ilə qalib gələn sumqayıtlılar 403 gündən sonra belə məhsuldarlıq göstərib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail