"Qarabağ" və "Neftçi"nin kubokda 10-cu qarşıdurması

01.06.2015 | 3184 dəfə oxunub

Bu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq. Stadium.Az xəbər verir ki, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu “Qarabağ” “Qızıl dubl”a imza atmağa çalışacaq. 

Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.


3 iyun

Azərbaycan kuboku, final

23. “Qarabağ” - “Neftçi” – 17 oyun, +7=5-5, top fərqi 12-15


Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda “Neftçi” qalib gəlsə də, ümumilikdə “Qarabağ” daha çox – 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, “Qarabağ” 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə “Neftçi” üstündür.


1993

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 2:1, 0:0

1993/94

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)* +:-, +:-

1995/96


final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)** - 3:0

1996/97

1/4 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 3:2, 0:1

1998/99

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 0:2, 0:0

2005/06

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0, 0:1

2006/07

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 1:2, 1:0

2008/09

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 1:0, 0:0


2012/13

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 2:1, 2:2



* - “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün bu mərhələdə oynamayıb. Bu üzdən texniki nəticələr şərti olaraq yazılıb və top fərqində nəzərə alınmayıb.

** - neytral meydanda keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail