Mirça Rednik: "Neftçi" ilə oyunda nənəmi də meydana buraxsam, ..."

11.09.2011 | 5155 dəfə oxunub

"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra mətbuat konfransı keçirilib. Stadium.az xəbər verir ki, cənubluların baş məşqçisi Mirça Rednik oyun haqqında fikirlərini bildirib: "Azarkeşlərimizə stadionda möhtəşəm atmosfer yaratdıqlarına və komandamızı sonadək dəstəklədiklərinə görə təşəkkür edirəm. Futbolçularıma isə azarkeşlərimizə qələbə hədiyyə etdiklərinə görə minnətdaram. Bugünkü oyunda heyətlə bağlı problemlərimiz var idi. Əsas heyıtin 3 üzvünün xidmətindən məhrum idik. 18-liyə ikinci heyətin oyunçularını salmağa məcbur olmuşduq. Buna baxmayaraq qalib gəldik. "Böyük oyun"da prinsipiallıq olduğundan hamı əlindən gələni edir. "Neftçi" ilə oyunda nənəmi də meydana buraxsam, həvəslə oynayar".

Baş məşqçi daha sonra "böyük oyun"dan öncə verdiyi, qalmaqal yaradan açıqlamasına da aydınlıq gətirib. Rednik "Neftçi"ni məğlub etməyi çempionluqdan üstün tutduğunu bildirmişdi. Lakin sonradan onun tərcüməçisi rumıniyalı mütəxəssisin sözlərinin PFL-in saytı tərəfindən təhrif edildiyini açıqlamışdı. Təcrübəli mütəxəssis tərcüməçisinin dediklərini təsdiqləyib: "Mən bu fikirdə olan azarkeşlərin olduğunu demişəm. Lakin heç vaxt "Neftçi" üzərindəki qələbənin çempionluqdan vacib olduğunu deməmişəm".

Mirça Rednik yayda komandanı tərk edib sonradan geri qayıtması haqqında da danışıb: "Mən bu klubu, bu şəhəri, bu azarkeşləri sevirəm. Bunun üçün buradayam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail