Böyükağa Hacıyev: "Hələ heç nə itirməmişik"

11.09.2011 | 5835 dəfə oxunub

"Böyük oyun"dan məğlub ayrılan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev matçdan sonra keçirilən mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, baş məşqçi məğlubiyyətin səbəblərini izah etməyə çalışıb: "Oyunun ağır keçəcəyini bilirdik. "Xəzər Lənkəran"la "Neftçi" arasındakı oyunlar həmişə böyük maraq toplayır. Bu tip oyunların taleyini çox zaman 1 qol həll edir. Səhv edən komanda uduzur. Bu oyunda səhv edən biz olduq. Bu gün heyətimizdə millidən qayıdan çoxlu futbolçu var idi. Onlar yorğun olduqlarından oyuna hazır deyildilər. Bu futbolçular millidən ayın 7-də, bəziləri isə hətta ayın 8-i axşam qayıtdılar. Onlarla çox az məşq keçə bildik. Komandanı toparlamaq mümkün olmadı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Biz məğlub olduq, lakin heç nə itirməmişik. Çempionat hələ qabaqdadır. Komandamda Bahodir Nasimovun oyunundan narazı qaldım. O bu gün istədiyim səviyyədə çıxış etmədi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail