Yuxarıdan göstəriş gəldi, "Turan Tovuz"un prezidenti istefa verdi - ÖZƏL

02.06.2015 | 6535 dəfə oxunub

"Turan" klubunun prezidenti Namiq Məstanov komandadan uzaqlaşdırılıb. Stadium.az xəbər verir ki, Tovuzun əzəli "Turan" klubunun iflası üzərinə bu komandanın bazasında "Turan Tovuz" adlı komanda yaradan Məstanovun bu işi də düz gətirməyib. Aldığımız məlumata görə, yuxarıdan bu barədə göstəriş gəlib. Məstanovun klubun daxilində hansısa hərəkəti lap yuxarılara qədər gedib çıxıb. Nəticədə onun bu hərəkəti qiymətləndirilib və onun klubdan göndərilməsinə qərar verilib. Yəni Məstanov öz istəyiylə yox, yuxarıdan gələn göstərişə görə "Turan Tovuz"dan ayrılıb.

Hazırda "Turan Tovuz"un Premyer Liqaya yüksəldilməsi üçün işlər gedir. Millət Vəkili Qənirə Paşayeva bu yöndə çalışmalarını davam etdirir və böyük ehtimalla, yeni mövsümdə "Turan Tovuz"u da Premyer Liqada görə biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail