"Bayıl Arena"da brifinq - FOTOLAR

02.06.2015 | 3103 dəfə oxunub

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib.

Stadium.Az xəbər verir ki, seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopherin rəhbərliyi ilə “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edir.

Bu məqsədlə bu gün Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Bakcell şirkətinin Baş marketinq direktoru Maria Toychevanın iştirakı ilə brifinq keçirilib. Əvvəlcə Bakcell şirkətinin Baş marketinq direktoru M.Toycheva çıxış edərək layihənin əhəmiyyətindən danışıb AFFA ilə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.

AFFA-nın baş katibi Elxan Məmmədov isə layihə haqda daha geniş məlumat verərək “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərinin Azərbaycanın hər regionunu əhatə etdiyini və 1000-ə yaxın uşağın seçimlərə qatıldığını bildirib. Seçimlərdə fərqlənən uşaqlardan 34 nəfərin Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak etdiyini xatırladıb.
Daha sonra Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett seçim prossesi haqda danışaraq daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirdiklərini qeyd edib.

İyunun 5–dək davam edəcək təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək. Səfərlə əlaqəli xərcləri də həmçinin Bakcell şirkəti öz üzərinə görürür.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail