Qurban Qurbanov: "Bizi sabah çətin oyun gözləyir"

03.06.2015 | 3001 dəfə oxunub

Sabaha ölkə kubokunda final oyununda "Qarabağ" və "Neftçi" klubları üz-üzə gələcəklər. Stadium.Az xəbər verir ki, bu gün oyunöncəsi mətbuat konfrası keçirən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnaistlərin suallarını cavablandırıb:

- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiniz?
- Bəli, müəyyənləşdirmişəm.

- "Neftçi"dən Flavinyo zədə səbəbindən meydana çıxmayacaq. Bunun sizin oyun taktikanıza təsiri olacaqmı?
– Xeyr, heç bir taktiki dəyişiklik etməyəcəyik. "Neftçi"nin son oyunlarını izləmişəm. Rəqibin sürətli futbolçuları var. Flavinyo yaxşı oyunçudur və hər zaman da bizə problemlər yaradıb. Əsas məqsədimiz sabah azarkeşlər üçün baxımlı oyunun olmasıdır.

- Penaltilər üzərində işləmisinizmi?
- Bir dəfə hazırlaşmışıq. Amma çox nadir hallarda biz penaltilər üzərində işləyirik. Çünki penalti üzərində işləmək hansısa futbolçuya ümid verə bilər. Bu da sonluqda problemə çevrilə bilər.

- Çempionatın zəif keçməsi “Qarabağ”a necə təsir edəcək?
- Çempion olduğumuz hər iki mövsüm çətin keçib. Sadəcə, yanvardan sonra heyətdə futbolçuların az olması bizə problem yaratdı. Məncə, dekabra qədərki dövr bizim üçün daha ağır keçdi. Bəzən istədiyimiz oyunu göstərə bilmədik. Amma mübarizə gərgin keçdi. Futbolçular daha istəkli mübarizə apardılar. Avrokuboka hazırlıq isə tam fərqli olur. Çalışacağıq ki, avrokuboklarda hər hansı çətinliyimiz hiss olunmasın.


- Muarem Muaremin "Eskişehirspor"la razılğa gəldiyi xəbərləri yayılıb.
- Müqaviləsi bitən futbolçuların heç biri ilə danışıqlarımız olmayıb. Hələlik bu məsələni kənara qoymuşuq. Bu matçdan sonra kimin komandada qalıb-qalmayacağı barədə məlumat verəcəyik.

- Sizcə, “Neftçi” son 7 oyunda bilərəkdən zəif çıxış edə bilərmi? Bununla bağlı “Qarabağ”da arxayınlıq yaranıbmı?
- Rəqib haqda tam məlumatlı deyiləm. "Neftçi" mənim üçün son saniyələrə kimi qaranlıq komanda olacaq. Düzdür, onlara son matçlarda qalib gəlmişik. Ancaq buna baxmayaraq, ən çətin oyunlarımız "Neftçi"yə qarşı olub. Rəqib Flavinyo istisna olmaqla, tam optimal heyətlə meydana çıxacaq. "Neftçi"nin əksər futbolçusu yaxşı formadadır və onlar sabahkı matçı səbirsizliklə gözləyirlər. Neftçi” belə oyunlardan daha çox qalib ayrılıb. Ona görə də bizi sabah çətin oyun gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail