"Sumqayıt"ın yeni layihəsinin I mərhələsi başa çatdı

04.06.2015 | 2696 dəfə oxunub

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsində birinci mərhələ başa çatıb. Stadium.AZ xəbər verir ki, bununla əlaqədar olaraq "Kapital Bank Arena"da layihənin təqdimetmə mərasimi baş tutub. Mərasimdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, "Kapital Bank" ASC-nin nümayəndəsi Cəvahir Əhmədova, "Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi Elnur Hüseynquliyev, futbol veteranları Telman Salahov və Abdulla Məmmədov iştirak edib. 

İlk olaraq, tədbir haqqında qonaqlara və iştirakçılara ətraflı məlumat verən klubun rəhbəri Kamran Quliyev "Yay Futbol Düşərgəsi" layihəsinin məqsədlərindən danışıb. Klubun rəhbəri layihənin ərsəyə gəlməsində əziyyətləri olan partnyorlara və sponsora minnətdarlığını bildirib.

Daha sonra söz "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevə verilib. Muxtar müəllim də öz növbəsində bütün iştirakçıları salamlayaraq uşaqlara yeni tədris ilində uğurlar arzulayıb.

Ardınca "Yay Futbol Düşərgəsi" layihəsinin fəal iştirakları təltif edilib. Daha sonra bütün iştirakçılara diplomlar, partnyorların hazırladığı xüsusi hədiyyələr, "Sumqayıt" FK-nun idman geyimləri və AFFA-nın hədiyyələri təqdim edilib.

2 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail