İbrahimoviç ölkəmizdə qanunsuz iş görüb

05.06.2015 | 6339 dəfə oxunub

İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Azərbaycana səfərini başa vurub. Stadium.Az xəbər verir ki, futbolçu artıq ölkəsinə qayıtsa da, onun Azərbaycana gəliş səbəbləri ətrafında söz-söhbətlər səngimək bilmir. İbrahimoviçin ölkəmizə gəldiyi ilk gün onun səfərinin ov məqsədi daşıdığı barədə xəbərlər yayılsa da, bu, təkzib edilmişdi. 

Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərlərindən olan Faiq Babanlı mətbuata açıqlama verərək, onu Bakıya özünün dəvət etdiyini və ölkəmizlə tanış etmək istədiklərini demişdi. Babanlı İbranın ov həvəskarı olmadığını da vurğulayaraq, bu informasiyaları şayiə adlandırmışdı. İbrahimoviç özü isə Türkiyənin “Milliyyet” qəzetinə açıqlamasında Azərbaycana qolf oynamaq üçün gəldiyini demişdi. 

Bu gün isə sosial şəbəkələrdə İbrahimoviçin ov etdiyi yerdə çəkilmiş şəkilləri yayılıb. Şəkildə futbolçunun dağ keçisi ovladığı görünür.

Bu məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin nazirliyin diqqətində olduğunu, bununla bağlı araşdırma aparıldığını bildirib. Nazirliyin məsələ ilə bağlı açıqlamasını təqdim edəcəyik.

Məlumat üçün bildirək ki, İbrahimoviç ov etməyi çox sevir və 5 ildir ki, onun ovçuluq lisenziyası var. Bundan əlavə, o, 2014-cü ildə yeni il tətilini ölkəsi İsveçdə keçirən zaman maral vurması ilə diqqət çəkmişdi. Heyvan haqqları dərnəkləri ulduz oyunçuya qarşı kəskin reaksiya göstərmişdi. İsveç Heyvan Haqqları Birliyi İbrahimoviç kimi məşhur birinin ovçuluq fəaliyyətlərini dəstəkləməsinin düzgün olmadığını bildirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail