Fabio Luis Ramimin zədəsi ağırdır

12.09.2011 | 5620 dəfə oxunub

Azərbaycan milli komandasının və “Bakı”nın yarımmüdafiəçisi braziliyalı Fabio Luis Ramimin zədəsi olduqca ciddidir. Stadium.az xəbər verir ki, yığmanın toplanışı zamanı zədə alan futbolçunun durumunda irəliləyiş yoxdur.
Belə ki, o hazırda nə komanda ilə birgə, nə də fərdi planda məşq edə bilir. Yalnız trenajor zalında hazırlaşan futbolçu bu yolla fiziki vəziyyətini sabit saxlamağa cəhd göstərir. Onun ən azından ay yarım, ən pis halda isə yanvara qədər oynamayacağı gözlənilir.
Fabiodan fərqli yığmanın toplanışında zədə alan digər futbolçunun vəziyyəti isə qənaətbəxşdir. AFFA tərəfindən Türkiyədə müalicə kursu keçmiş yarımmüdafiəçi Elvin Məmmədov hazırda özünü yaxşı hiss edir. 23 yaşlı futbolçu fərdi planda hazırlığa yekun vuraraq, komanda ilə birgə məşqlərə başlayıb.
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov bu iki futbolçunun yoxluğuna görə ciddi narahatlıq hissi keçirir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail