Robert Prosineçki: "Bizdə hücumçu problemi var"

13.06.2015 | 3303 dəfə oxunub

Millimiz növbəti oyununu keçirdi.

Stadium.az xəbər verir ki, səfərdə Norveç ilə qarşılaşan komandamız evə sərfəli nəticə ilə dönə bilib. Gərgin keçən oyunda qapılara qol vurulmayıb. Baş məşqçi Robert Prosineçki oyundan sonra fikirlərini bölüşüb. 

- Əfran İsmayılov bu dəfə ona doğma olan sağ cinahda oynadı və bu, uğurlu alındı. Gələn görüşlərdə də Əfranı həmin mövqedə oynadacaqsınız? 


- Gələn oyunları deyə bilmərəm. Növbəti oyunumuz Xorvatiya ilə olacaq. Rəqib çox güclüdür. Bəli, düz vurğuladınız ki, Əfran bu gün çox yaxşı oynadı.


- Cavid Hüseynov adətən, hücumçuların arxasında oynayır. Ancaq bu dəfə Rahid Əmirquliyevi öndə, Cavid nisbətən arxada oynadı.


- Sizinlə razı deyiləm. Çünki Cavid bu gün öz mövqeyində oynadı. Hansı ki, Malta ilə görüşdə də həmin mövqedə çıxış etmişdi. Onun oyunundan razı qaldım.


- Komandamız 4-5-1 sistemi ilə oynadıqda hücumda olan bir futbolçu o qədər də effektli olmur. Bundan sonra həmin mövqeyə yeni futbolçu axtaracaqsınız, yoxsa, sistemdə hansısa dəyişiklik edəcəksiniz?


- Biz bu gün yaxşı oyun nümayiş etdirdik. Üstəlik 4-5-1 yox, 4-1-4-1 sistemi ilə oynadıq. Norveçin bütün səfər matçlarına və ev oyunlarını izləmişəm. Rəqib evdə yaxşı çıxış edir. Bəli, bizdə hücumçu problemi var. Hücum mövqeyinə yeni futbolçu axtarıram. Ancaq Ruslan bu gün yaxşı oynadı. Oyun ərzində çox qaçdı. Qol epizodu da oldu. Təəssüf ki, bundan yararlana bilmədi.


- Martin Edeqor haqda fikirləriniz necədir? O, yüksək səviyyəli futbolçu ola bilərmi?

 

- Müasir futbolun ən istedadlı oyunçulardandır. Mən Norveçin İsveçlə yoldaşlıq görüşünə baxdım. Meydanda ən yaxşılardan idi. Bu gün 2 futbolçu ona qarşı oynayırdı. Buna görə də, İsveçlə matçdakı oyununu göstərə bilmədim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail