“Bakı” ilə qalmaqallı oyundan sonra şəhərdən getməliydik"

13.09.2011 | 6860 dəfə oxunub

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, futbolçu “Simurq”la oyun barədə fikirlərini bölüşərək “Sumqayıt Şəhər”lə sabahkı matç haqqında danışdı.

- Asif, bilirik ki, “İnter” bu yaxınlarda Gürcüstandan təlim-toplanışdan qayıdıb. Bu toplanış komandaya növbəti oyunlarda kömək edəcəkmi? 
- Düşünürəm ki, toplanışın xeyrini hamı “Simurq”la oyunda gördü. “Bakı” ilə qalmaqallı oyundan sonra şəhərdən getmək yaxşı olardı. O zaman güclü təzyiq altına düşmüşdük. Ancaq Gürcüstana yollandıq və gərginliyi müəyyən qədər azaltdıq. 

- “Bakı” ilə oyunda yaşanan xoşagəlməz dəqiqələri unutmaq mümkün oldu? 
- Əlbəttə. Biz hamımız belə məqamlara peşəkarcasına yanaşmalıyıq. Hazırda həmin anları unutmuşuq və hətta baş verənlər haqqında düşünmürük. 

- “Simurq”la matç barədə danışaq. Arzulanan qələbəni əldə etməsinə baxmayaraq, oyun “İnter” üçün asan olmadı... 
- Öncədən bilirdik ki, oyun çətin olacaq. Demək istərdim ki, “Simurq” ötən illə müqayisədə hiss olunacaq dərəcədə güclənib. Ancaq buna baxmayaraq, 3 xalı əldə etməyi bacardıq və ən əsası da budur. 

- Artıq sabah komandanı növbəti rəqib - "Sumqayıt Şəhər” gözləyir. Bu qarşılaşma barədə nə deyə bilərsiniz? 
- “Sumqayıt Şəhər” yaxşı komandadır. Dünən onun “Qarabağ”la qarşılaşmasını izlədim və deyim ki, onlar çox yaxşı təəssürat oyatdılar və hətta həmin görüşdə qalib də gələ bilərdilər. “Sumqayıt Şəhər”ə qarşı oyunda bizə asan olmayacaq, lakin biz meydana yalnız qələbə üçün çıxırıq və buna görə də, bu matçdan yalnız 3 xal gözləyirik. 

- Şənbə günü komanda “Simurq”la oynadı, 3-cü gün isə “İnter”i “Sumqayıt Şəhər”lə qarşılaşma gözləyir. Belə qısa müddətdə 2 oyun keçirmək çətin olmayacaq ki? 
- Fikrimcə, bizə çətin olmayacaq, ona görə ki, biz bu yaxınlarda toplanışdan qayıtmışıq və yaxşı formadayıq. Fikirləşirəm ki, “Sumqayıt Şəhər”lə matça tam hazırlıqlı vəziyyətdə yanaşacağıq, axı 3-4 gün hazırlaşmaq üçün tamamilə kifayət edir.

- Sizcə “İnter”in azarkeşləri bu mövsüm komandadan nə gözləməlidirlər? 
- Deyim ki, “İnter”i vaxtından əvvəl hesabdan silmək tezdir. Komandamızda həmişə yalnız çempionluq barədə düşünürlər. İnşallah, bu mövsüm bu məqsədimizə çatacağıq. Çempionluq bizim əsas məqsədimizdir. Avrokuboklara düşməyimizisə minimum tapşırığımız hesab edirəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail