İntizam komitəsi "Xəzər Lənkəran"ı cəzalandırdı

13.09.2011 | 6460 dəfə oxunub

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda sonuncu turda baş verənlərlə bağlı müvafiq cərimələr kəsilib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

Premyer Liqanın V turunun “Xəzər Lənkəran”– “Neftçi” matçının 72-ci və 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.

Premyer Liqanın V turunun “İnter” – “Simurq” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
Unibank Premyer Liqasının V turunun “Bakı” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40). Oyunun 48-ci dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olnur.
Premyer Liqanın V turunun “Qəbələ” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur . Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Xəzər Lənkəran” –  “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500  manat cərimə olunur. Oyunun 68-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 72 №-li futbolçusu Elvin Mirzəliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 100 manat cərimə olunur.
 
Azərbaycan I divizionunun I turunun “Şuşa” – “Tərəqqi” matçında “Tərəqqi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
 
Azərbaycan I divizionunun I turunun “Karvan” – MOİK matçının 23-cü dəqiqəsində MOİK klubunun 13 №-li futbolçusu Comərd Baxşəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400  manat cərimə olnur. Oyunun 34-cü dəqiqəsində “Karvan” klubunun 1 №-li futbolçusu Amil Orucov sonuncu ümid görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olnur.
 
Azərbaycan I divizionunun I turunun “MKT Araz” – “Şəmkir” matçında “MKT Araz” klubunun 5 futbolçusu, “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində “MKT Araz” klubunun 5 №-li futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olnur.
 
Azərbaycan I divizionunun I turunun “Şahdağ” – “Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I divizionunun I turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala” klubunun 7 futbolçusu, “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.




  #1   Adınız: DADAW;   E-mail: [email protected]

14.09.2011 01:00

BU NEDI qebele azal oyununda meydanca hele bil muharbe idi bizde 2 dene wey atilar tez cerime olarsa meydancani dawa buremiwdi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail