Estoniyya millisininü zvü rəsmən "Qəbələ"də

17.06.2015 | 3916 dəfə oxunub

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov və Vitali Vernidubu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.

Premyer Liqanın bürünc mükafatçısı Estoniya millisinin üzvü Sergey Zenyovla 2 illik müqavilə imzalayıb. 26 yaşlı hücumçu yeni klubu ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.

Zenyov artıq ilkin təəssüratlarını da bölüşüb: "Qəbələ"yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdi. Yeni komandam Avropa Liqasında çıxış edəcək və Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq. Hədəfləri olan komandada oynamaq hər futbolçunun arzusudu. Mən də "Qəbələ"yə keçdiyimə görə məmnunam. Bu komanda haqda qiyabi məlumatlara malikəm. İnternet vasitəsilə komandanı, klubun yerləşdiyi şəhəri, şəraiti və bazanı araşdırmışam. Heyətdə daha öncə rəqib kimi qarşılaşdığım futbolçular var. Bu mənada Qay, Vernidub və Bezotosnını tanıyıram. Onların oyununa yaxşı bələdəm. Daha öncə "Karpatı"nın heyətində Avropa Liqasında çıxış etmişəm. Məqsədim təcrübəmdən istifadə edərək komandama həm Avropa Liqasında, həm də ölkə çempionatında kömək olmaqdı".

Qeyd edək ki, Sergey Zenyov son klubu Rusiyanın “Torpedo” (Moskva) komandası olub. O, bu kluba 2015-ci ilin əvvəlində keçib. Vətənində “Pyarnu” (2006) və TFMK (2006-08) klublarında çıxış edən Zenyov 2008-ci ildən legioner həyatı yaşayır. 2008-14-cü illərdə “Karpatı”nın (Ukrayna) şərəfini qoruyan hücumçu ötən il İngiltərənin “Blekpul” komandasında çıxış edib. 2008-ci ilə qədər U-21-in üzvü olan Sergey 7 ildi Estoniyanın əsas yığmasının şərəfini qoruyur.

O, millidə 45 oyunda 11 qol vurub. AVRO-2016-nın seçmə mərhələsinin iyunun 14-də baş tutan son qarşılaşmasında dubla imza atan hücumçu San-Marino üzərində qələbədə (2:0) əsas pay sahibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail