"Qəbələ" 10 qolla qalib gəldi

19.06.2015 | 2880 dəfə oxunub

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2-ci yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən “Aşkalespor”la qarşılaşıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ərzurumun U-21 komandası ilə ilk yoxlama oyununda olduğu kimi bu dəfə də əsasən yeni transferlərə və əvəzedici heyətin üzvlərinə şans verib.

Görüşdə komandaya hazırlığın Qəbələdə keçiriləcək 2-ci mərhələsində qoşulacaq milli üzvləri də iştirak etməyib.

“Qırmızı-qaralar” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb:

Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Murad Musayev, Dodo, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Emin Zamanov.

Qarşılaşmaya fəal başlayan “Qəbələ” 12-ci dəqiqədə hesabı açıb. Aleksey Qay fərqlənib. 3 dəqiqə sonra Asif Məmmədov fərqi artırıb. Komandamızın fəallığı ilk hissənin ortalarında bəhrəsini verib. 25-ci dəqiqədə 3-cü qola imza atan Dodo 1 dəqiqə keçmiş dublunu rəsmiləşdirib. Fasilədə Andrey Popoviç Dmitri Bezotosnını, Roman Hüseynov Emin Zamanovu əvəzləyib.

İkinci hissə “qırmızı-qaralar”ın qolu ilə başlayıb. 48-ci dəqiqədə Samir Zərgərov türkiyəliləri məyus edib. 57-ci dəqiqədə yarımmüdafiəçi dublunu rəsmiləşdirib. 9 dəqiqə sonra Rəşad Sadiqov hesabı 7:0-a çatdırıb. İkinci hissənin ortalarında diqqət mərkəzinə düşən Qismət Alıyev əvvəl 68, ardınca 69-cu dəqiqədə qol sevinci yaşayıb. Bundan 8 dəqiqə sonra het-trik müəllifi olan Zərgərov matçda son nöqtəni qoyub – 10:0.

Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığının ilk mərhələsini 10:0 hesablı qələbə ilə başa vurub.

Qonşu ölkədə 2-ci oyununu keçirən bölgə təmsilçisi sabah səhər məşqindən sonra vətənə qayıdacaq.

Hazırlıq çərçivəsindəki ilk oyunda Ərzurumun U-21 komandasını 2:1 hesabı ilə məğlub etmişdi. (gabalafc.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail