"Neftçi" məhkəməylə bağlı bəyanat yaydı

19.06.2015 | 3254 dəfə oxunub

FİFA-nın “Neftçi” klubu ilə sabiq futbolçusu Emil Mpenza arasında yaranan mübahisəli vəziyyətlə bağlı qərar çıxarması təsdiqlənib. Stadium.az xəbər verir ki, bu barədə xəbəri paytaxt təmsilçisinin rəsmi saytı yayıb.

Klub rəsmiləri 2012-ci ilin yanvarında təlim-məşq toplantısı zamanı komandanın düşərgəsindən ayrılan belçikalı legionerlə bağlı qərarın hələ 5 ay öncə verildiyini açıqlayıb.

Belə ki, həmin vaxt həm klub, həm futbolçunun şikayət etdiyi FİFA 3 ilə yaxın araşdırdığı məsələylə bağlı yekun qərarını 2015-ci ilin yanvarında verib.

“Neftçi”yə də göndərilən müvafiq qərar 7 bənddən ibarət olub.

1. “Neftçi”nin iddiası qəbul edilməyib.

2. Emil Mpenzanın əks iddiası qismən qəbul olunub.

3. “Neftçi”  bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində Emil Mpenzaya 80000 (səksən min) ABŞ dolları, eləcə də 5% illik - 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, məbləğində qalıq əmək haqqını ödəməlidi.

4. “Neftçi” bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində  müqavilənin pozulmasına görə Emil Mpenzaya 687500 (altı yüz səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində təzminatı, həmçinin üstəlik 5% illik - 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, ödəməlidir.

5. Qeyd olunan məbləğlər təyin olunan müddət ərzində “Neftçi” tərəfindən Emil Mpenza ödənilmədiyi təqdirdə, hazırkı məsələ, tələb olunduqdan sonra, nəzərdən keçirilməsi və formal qərarın verilməsi üçün FİFA-nın İntizam Komitəsinə təqdim olunacaq.

6. Emil Mpenza tərəfindən əlavə iddia qəbul edilməyəcək.

7. Emil Mpenza dərhal “Neftçi”ni ödənişin həyata keçiriləcəyi bank hesabı haqda məlumatlandırmalı və aldığı hər ödəniş haqda FİFA-nın Mübahisəli Məsələlərin Həlli Şurasına xəbər verməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail