"Qarabağ"da daha bir legioner

20.06.2015 | 8036 dəfə oxunub

"Qarabağ" artıq təlim-məşq toplanışı keçəcəyi Avstriyadadır. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı – İstabul – Münhen reysi ilə günorta saatlarında ölkəni tərk edən Ağdam təmsilçisi Bakı vaxtı ilə gecə 03:00-da Kössenə çatıb.

Komanda Bakıdan təlim-məşq toplanışına tam heyətlə getməyib. Əsas və U-21 millisində olan futbolçular iyunun 23-ü Avstriyaya gedəcək. Dani Kintana Münhendə komandaya qoşulub. Digər legionerlər isə bu gün və sabah komandanın düşərgəsində olacaq. Klubun saytı həmin futbolçuların adlarını açıqlamayıb.

Ötən ilin sentyabrdan zədəli olan braziliyalı legioner Cumbinyonun isə iyunun 30-da təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcəyi gözlənilir. Oyunların iyunun 30-iyulun 3-ü, iyulun 7-i və iyulun 8-i keçirilməsi planlaşdırılır.

"Qarabağ" bu gün yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 21:00) ilk məşqinə çıxacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail