"Xəzər Lənkəran" "Neftçi"yə çatdı

14.09.2011 | 5980 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə oyunundakı qələbə “Xəzər Lənkəran” üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, prinsipial rəqiblə 22-ci dueldə 6-cı qələbəni qazanmaqla Lənkəran təmsilçisi şəxsi görüşlərdəki qalibiyyət sayında tarazlıq yaradıb. Mirça Rednikin yetirmələri top fərqində isə “Böyük oyun”ların böyük komandasına çevrilib – 20:19. Özü də bu 22 oyunun 2-ci yarısında, yəni son 11 matçda “Neftçi” qələbə qazana bilməyib.
Prinsipial rəqib üzərindəki qələbəyə rəng qatan digər məqam onun tarixi əhəmiyyəti ilə bağlıdır. Belə ki, “Xəzər Lənkəran” 7 illik tarixində 150-ci – yubiley qələbəsini məhz “Neftçi” üzərində, özü də doğma azarkeşlər önündə qazandı. Bu matçadək hesabında 260 oyunda 149 qələbə olan lənkəranlılar ötən tur xal itirməklə yubileyi qələbəni ”ağ-qaralar”la ev matçına təxirə salmışdı.

“Xəzər Lənkəran”ın tarixi qələbələri
1-ci 12.08.2004 “Xəzər Lənkəran” – “Şəfa” – 2:1 (çempionat, 2004/05)
50-ci 09.11.2006 “Xəzər Lənkəran” – “Qarabağ” – 2:0 (çempionat, 2006/07)
100-cü 06.11.2008 NBC – “Xəzər Lənkəran” – 0:3 (kubok, 2008/09)
150-ci 10.09.2011 “Xəzər Lənkəran” – “Neftçi” – 1:0 (çempionat, 2011/12)

Bu qələbə baş məşqçi Mirça Rednikin Azərbaycan çempionatlarında 37 matçda 20-ci qələbəsi oldu. Ruslan Abışovun avtoqolu isə rumıniyalının rəhbərliyi altında bütün yarışlarda vurulan 60-cı qol kimi tarixə düşdü. Həmçinin, “Xəzər Lənkəran” ölkə çempionatlarında 400 xal səddini məhz “Neftçi” ilə oyunda keçdi. 8-ci dəfə çempionata qatılan komanda indiyədək ümumilikdə 401 çempionat xalı toplayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail