Teymur Məmmədov finala yüksəldi

25.06.2015 | 3232 dəfə oxunub

Ötən gün “Bakı-2015” I Avropa Oyunlarında boks üzrə 1/4 və yarımfinal oyuları keçirilib. Stadium.az xəbər verir ki, 1/4 finalda biri qadın digəri kişi olmaqla iki boksçumuz mübarizə aparıb. Yarımfinalda isə Tayfur Əliyev və Teymur Məmmədov meydana çıxıb.

24 iyun

1/4 final

Qadınlar

60 kq

Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60 kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Təmsilçimiz Olimpiya çempionu, dünya və Avropa çempionatlarının qalibi irlandiyalı Keti Teylorla qarşılaşacaq. Döyüşün iyunun 26-da saat 12:45-də başlayacağı gözlənilir.

Kişilər

75 kq


Xaybula Musalov kişilər arasında yüngül çəki (75kq) dərəcəsində belaruslu Vitali Bandarenka ilə mübarizə aparıb. Hər üç raundda rəqibindən üstün olan Musalov yarımfinala yüksəlib. O, finala gedən yolda macarıstanlı Zoltan Harksa ilə üz-üzə gələcək. İyunun 26-da keçiriləcək döyüşün startı saat 14:15-ə nəzərdə tutulub. 

Yarımfinal

Kişilər

56 kq


Yığmamızın lidelərindən olan Tayfur Əliyev yarımfinal qarşılaşmasında  rusiyalı Baxtovar Nazirov ilə görüşüb. Bu görüşdə idmançımız 1:2 hesabı ilə uduzub.

81 kq

Digər  təmsilçimiz  Teymur Məmmədov yüngül-ağır (81 kq) çəki dərəcəsində Rusiya idmançısı Pavel Silyaqinə qarşı yarımfinal görüşünə çıxıb və 2:1 hesabı ilə qalib gəlib. İdmançımızın finaldakı rəqibi rusiyalı Valentino  Manfredonia olacaq. Həlledici döyüş sabah saat 19:00-da olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail