Vəli Qasımov:"Rəqibi bu şəkildə qiymətləndirməmək olmaz"

25.06.2015 | 3585 dəfə oxunub

"Neftçi" klubunun idman direktoru müsahibə verib.

Stadium.az xəbər verir ki, klubun rəsmi saytına danışanpaytxat təmsilçisinin idman direktoru Vəli Qasımov bunları deyib:

"Neftçi" Avstriya hazırlığını tamamlamaq üzrədir. Artıq iki yoxlama matçı keçirilib. Təlim-məşq toplanışı barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Əvvəlcə onu deyim ki, hazırlıq üçün az vaxtımız oldu. Ümumilikdə təlim-məşq toplanışı yaxşı keçir. Keçirdiyimiz yoxlama oyunlarında məşqçilər heyəti bütün futbolçulara şans verdi. Bildiyiniz kimi komanda üzvlərinin əksəriyyəti gənclərdən təşkil olunub. Onlar üçün bu görüşlərdə meydana çıxmaq təcrübə qazanmaq baxımından vacibdir. Doğrudur nəticə olaraq komanda qələbə qazanmadı amma belə görüşlərdə hesab ikinci plana keçir.

Gənc futbolçular özünü doğruldurmu?

-Komandamızdakı gənclərin böyük potensialı var. Məşqçilər heyəti də çalışır ki, onların üstün tərəfləri ortaya çıxsın. Komandada olan təcrübəli legioner futbolçular da yerli oyunçulara dəstək olur. Bu gün üçün komanda tam hazır olmasa da, hiss olunur ki, böyük istək var.

Hazırlıq dövründə komandaya qoşulan yeni transferlərlə bağlı nə deyə bilərsiniz?

-Çalışmışıq ki, "Neftçi"nin oyun planına uyğun futbolçular cəlb edək. Bizim futbolçularımız hər zaman texniki cəhətdən daha güclü olublar. Melli və Aylton isə daha çox taktiki oyun anlayışına yaxındırlar. Fikrimcə onlar komandaya faydalı ola biləcəklər. Məhəmməd Qurbanov da çox istəklidir. İkinci yoxlama matçında da bunu gördük.

"Neftçi" Avropa Liqasının ilk təsnifat mərhələsində Monteneqronun "Mladost" klubu ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?

-Rəqib Avropa Liqasında təcrübəsi və futbol ənənəsi olan komandadır. Heyətindəki futbolçuların əksəriyyəti uzun müddətdir ki, biryerdə oynayırlar. Bəzi insanlar elə düşünür ki, rəqibimiz çox zəifdir və "Neftçi" rahatlıqla mərhələ adlayacaq. Bu düz yanaşma deyil. Rəqibi bu şəkildə qiymətləndirməmək olmaz. Komandamız yeni qurulur və hazırlıq üçün az vaxtımız oldu. Təbii ki, biz meydana qələbə qazanmaq və mərhələ keçmək üçün çıxacağıq. Amma heç kim deyə bilməz ki, bu çox rahat olacaq.

Heyətə yeni oyunçuların cəlb olunması gözlənilirmi?

-Müəyyən mövqeləri gücləndirmək fkrimiz var. Amma indidən konkret danışmaq düzgün olmaz. İstəyirik ki, komandanı düzgün quraq və əlimizdə olan futbolçuların potensialından tam yararlanaq.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail