"Kəpəz" "Qəbələ"dən üstün oldu FOTOLAR

26.06.2015 | 4301 dəfə oxunub

İyunun 20-dən Gəncədə seleksiya xarakterli təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. 

Stadium.az xəbər verir ki, dünən Gəncə şəhər stadionunda keçirilən matçda komandanın rəqibi Qəbələnin həvəskarlardan ibarət eyniadlı təmsilçisi olub.

Havanın olduqca isti olmasına baxmayaraq sevimlilərini dəstəkləmək üçün arenya 300-ə yaxın azarkeş gəlib. Rəqib qarşısına hər hissədə bir heyətlə çıxan “Kəpəz” üçün oyun yaxşı başlamayıb. Həvəskarlar ilk yarıda hesabı açıb. Amma fasilədən sonra komandanın gənc yarımmüdafiəçisi Rəhman Allahverdiyev hesabı bərabərləşdirərək, həm də son nəticəni təyin edib - 2:1.

“Qəbələ” ilə oyunda komandanın məşqçilər korpusu 21 futbolçunu baxışdan keçirib. Onlar haqda qərar qarşıdakı günlərdə veriləcək. Bu yerdə “Kəpəz”in iyunun 26-da Gəncədə “Turan Tovuz”la qarşılaşacağını da əlavə edək.

Qeyd edək ki, matçdan sonra meydançada azarkeşlərlə komandanın baş məşqçisi Şahin Diniyev arasında görüş keçirilib. Görüşdə Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və klubun icraçı direktoru Mehman Allahverdiyev də iştirak edib. Komandanın gələcək planları ilə maraqlanan 50-yə yaxın fanat baş məşqçiyə suallar ünvanlandırıb. Azarkeşlərin bütün suallarını həvəslə cavablandıran Diniyev onları səbrli olmağa və komandaya dəstək verməyə çağırıb.
Təxminən 20 dəqiqə davam edən ayaqüstü söhbətdən sonra azarkeşlər Şahin müəllimlə şəkil çəkdirib. Baş məşqçi sonda mətbuat işçilərini maraqlandıran sualları da cavabsız qoymayıb.























Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail