ŞOK-ŞOK-ŞOK: AZAL da dağılır - BÜTÜN FUTBOLÇULAR BURAXILDI

27.06.2015 | 7197 dəfə oxunub

AZAL klubu dərin maliyyə problemi ilə üzləşib. Stadium.Az xəbər evrir ki, hətta komanda dağıla bilər. Aldığımız məlumata görə, sırağagün klub nümayəndələriylə prezident Zaur Axundov arasında görüş olub. Axundov bildirib ki, biznesində böyük problemlər var və kluba baxacaq durumda deyil. Baxa bilər, bir şərtlə ki, büdcə tamamilə azaldılacaq. Maraqlıdır ki, klub prezidenti AZAL-ı saxlamaq üçün ancaq 100 min dollar illik büdcə ayıra biləcəyini bildirib: “Komandaya ancaq 100 min dollar verə bilərəm. Gedin, bütün legionerləri yollayın, cavan uşaqlarla oynayın. Mən ancaq əsas komandaya belə baxa bilərəm. Uşaq fubolu da mənlik deyil”.

Bu isə o deməkdir ki, AZAL-ın da süqutu yaxınlaşır. Artıq dünən bütün legionerlərə və klubda təcrübəli futbolçulara bildirilib ki, özlərinə komanda axtarsınlar.

Hətta öyrəndik ki, klubun vitse-prezidenti Fikrət Hüseynov bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovu da xəbərdar edib. Baş katib isə bildirib ki, narahat olmasınlar, yaxın 2-3 gündə AZAL-ın prezidenti Zaur Axundovla danışaraq problemi həll etməyə çalışacaq.

Bu isə o deməkdir ki, AZAL da AFFA-nın baş katibi Elxan Məmmədovun kurasiyasına keçir. Bununla da Məmmədov “Sumqayıt”, “Neftçi”, “İnter”, “Kəpəz” və “Simurq”dan sonra AZAL-ı da nüfuz dairəsinə daxil edir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail